Bank Of Baku

“Araz” klubunun I divizionda iştirak edəcəyi rəsmiləşib

“Araz” klubunun I divizionda iştirak edəcəyi rəsmiləşib
# 14 avqust 2013 10:50 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İcraiyyə Komitəsi I divizionda iştirakı gündəmdə olan Naxçıvanın “Araz” klubu ilə bağlı qərar verib. Apasport.az saytının məlumatına görə, qərara əsasən Naxçıvan təmsilçisi Premyer Liqaya çıxmağa iddialı digər klublarla birlikdə mübarizə aparacaq.

 

“Araz”ın regional çempionatda çıxış edəcəyi, sonradan həmin yarışın qalibi ilə I divizionun çempionunun görüşəcəyi ehtimal olunurdu. Lakin İcraiyyə Komitəsi bunu məqbul saymayaraq, bütün komandaların birlikdə mübarizəsini lazım bilib.

 

Düzdür, digər klubların Naxçıvan səfəri ilə bağlı xərcləri üzərinə götürə bilməməsini nəzərə alan AFFA həmin problemi də həll edib. Belə ki, bütün klubların Naxçıvan səfərlərini assosiasiya maliyyələşdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR