Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi 26 yaşlı futbolçu ilə mövcud müqavilənin müddətini 2017-ci ilin yayına qədər uzadıb.
Arda klubun rəsmi saytına açıqlamasında yeni müqaviləyə imza atdığı üçün özünü xoşbəxt saydığını bildirib: “Atletiko” ilə müqaviləmin müddətini uzatdığım üçün çox xoşbəxtəm. Özümü bu ailənin bir parçası kimi hiss edirəm. Karyeramı burada davam etdirəcəyimə görə, mən də sevincliyəm, klub da”.
Qeyd edək ki, 2011-ci ildə “Qalatasaray”dan “Atletiko”ya transfer olunan Arda Turanın klubu ilə 2015-ci ilə qədər müqaviləsi vardı.