Bakı – APA. “Ayntraxt”ın möhtəşəm azarkeşləri var. Onların bizi dəstəkləmək üçün Azərbaycana getmək istəyinə çox sevindim. Axı Bakı elə də yaxında deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Kevin Trapp deyib.
Frankfurt təmsilçisinin qapıçısı Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la sabah keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb: “Biz ilboyu əziyyət çəkib, Avropa Liqasına vəsiqə qazanmışıq. İndi avrokuboklarda çıxış etmək xüsusi bir hissdir. Rəqibimiz olan “Qarabağ” pis komanda deyil. Üstəlik, ilk oyunda meydan amili onların tərəfində olacaq. Ötən tur “Bavariya”yailə görüşdə daha yaxşı oynadıq. Matçdan matça daha da yaxşı oyun nümayiş etdirəcəyik. Bundan sonra ötən mövsümkü kimi yenə rahat oynamağa başlayacağıq”.