Bank Of Baku

“Dənizlispor” klubu azərbaycanlı futbolçudan imtina edir

“Dənizlispor” klubu azərbaycanlı futbolçudan imtina edir
# 14 noyabr 2013 07:40 (UTC +04:00)

Bakı – APA. Türkiyə çempionatının I divizionunda mübarizə aparan “Dənizlispor” həmyerlimiz Arif İsayevlə yollarını ayırır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə komandanın baş məşqçisi Yusuf Şimşək açıqlama verib.

 

Şimşək bildirib ki, İsayevin forması onları qane etmədiyi üçün göndərilir: “Ağır zədə alan Bayram Fetai və istədiyimiz oyunu sərgiləməyən Arif İsayevlə yollarımızı ayıracağıq. Əcnəbi oyunçu almaq kimi bir israrımız yoxdur. Yerli transferlər də edə bilərik”.

 

Qeyd edək ki, Arif İsayev ötən mövsüm qış fasiləsində “Dənizlispor”a transfer olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR