Bank Of Baku

“Dənizlispor” Saşa Yunusoğlunu transfer edib

“Dənizlispor” Saşa Yunusoğlunu transfer edib
# 09 iyul 2013 10:50 (UTC +04:00)

Bakı-APA. Türkiyənin “Dənizlispor” komandası daha bir azərbaycanlı futbolçunu transfer edib. Apasport.az saytının məlumatına görə, I liqa təmsilçisinin rəsmi saytı milli komandamızın 28 yaşlı sabiq müdafiəçisi Saşa Yunisoğlu ilə 2 illik müqavilə imzaladığını açıqlayıb.


Müqavilə imzalanması mərasimində “Dənizlispor”a gəldiyinə görə çox xoşbəxt olduğunu bildirən Saşa daha sonra klubun vitse-prezidenti Hikmət Çəlikkol, baş menecer Mehmet Ali Kəskinlər və mətbuat xidmətininin rəhbəri Yasin Özpəklə birgə klubun bayrağı altında şəkil çəkdirib.

Qeyd edək ki, Yunisoğlu mövsüm bitəndən sonra “Sumqayıt”a keçmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR