Bank Of Baku

“Neftçi” “Fənərbaxça” ilə yoldaşlıq oyunu keçirəcək

“Neftçi” “Fənərbaxça” ilə yoldaşlıq oyunu keçirəcək
# 30 dekabr 2013 06:31 (UTC +04:00)

Bakı – APA. “Neftçi” klubunun qış hazırlıq çərçivəsində keçirəcəyi daha bir yoxlama oyunundakı rəqibi müəyyənləşib. Komandadan apasport.az saytına verilən xəbərə görə, “ağ-qaralar” Türkiyə toplanışı çərçivəsində “Fənərbaxça” ilə qarşılaşacaq.

 

“Neftçi” İstanbul nəhəngi ilə “Mardan” stadionunda üz-üzə gələcək. Oyun yanvarın 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu matç “Fənərbaxça” üçün Antalya toplanışında sonuncu olacaq. Matçdan sonra komanda İstanbula qayıdacaq.

 

Qeyd edək ki, “Neftçi” Antalyada Qazaxıstanın “Aktobe” və Albaniyanın “ Partizani” klubları ilə də görüşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR