Bank Of Baku

“Neftçi” Çempionlar Liqasının III mərhələsinə çıxacağı halda BATE – “Şaxtyor” cütünün qalibi ilə görüşəcək

“Neftçi” Çempionlar Liqasının III mərhələsinə çıxacağı halda BATE – “Şaxtyor” cütünün qalibi ilə görüşəcək
# 19 iyul 2013 12:30 (UTC +04:00)


Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, turnirin iştirakçıları II təsnifat mərhələsi bitməmiş növbəti potensial rəqiblərini biliblər.

Bakı vaxtilə saat 15:00-da İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında gerçəkləşən tədbirdə “Neftçi” Albaniyanın “Skenderbeu” klubunu keçəcəyi halda, üzləşəcəyi cüt müəyyənləşib. Bu, postsovet məkanı təmsilçiləri - Belarusu BATE və Qazaxıstanın “Şaxtyor” klublarının duelində ən güclü tərəf olacaq. Təbii ki, burada favorit BATE olsa da, qrup mərhələsində oynamış bu komanda ilk oyunda evdə Karaqanda təmsilçisinə 0:1 hesabı ilə uduzduğundan, işini çətinləşdirib.

Turnirə qatılmağı son anda dəqiqləşən “Fənərbaxça” üçün püşkü uğurlu saymaq olar. Belə ki, komandanın Avstriyanın “Zalsburq” klubuna qalib gəlmək şansı çoxdur.


Çempionlar

“Bazel” (İsveçrə) - “Qyor” (Macarıstan) – “Makkabi” (Təl-Əviv, İsrail)

“Slovan” (Slovakiya) – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi - “Şirak” (Ermənistan) – “Partizan” (Serbiya) cütünün qalibi

“Dinamo” (Gürcüstan) – “Streymur” (Farer adaları) cütünün qalibi - “Styaua” (Rumıniya) – “Vardar” (Makedoniya) cütünün qalibi

BATE (Belarus) – “Şaxtyor” (Qazaxıstan) cütünün qalibi - “Neftçi” (Azərbaycan) – “Skenderbeu” (Albaniya) cütünün qalibi

APOEL (Kipr) - “Birkirkara” (Malta) – “Maribor” (Sloveniya) cütünün qalibi

“Kliftovill” (Şimali İrlandiya) – “Seltik” (Şotlandiya) cütünün qalibi - “Elfsborq” (İsveç) – “Dauqava” (Latviya) cütünün qalibi

“Austriya” (Vyana, Avstriya) - “Ekranas” (Litva) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibi

HİK (Finlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi - “Viktoriya” (Çexiya) – “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi

“Fola” (Lüksemburq) – “Dinamo” (Xorvatiya) cütünün qalibi - Şerif” (Moldova) – “Sutyeska” (Çernoqoriya) cütünün qalibi

“Sliqo Rovers” (İrlandiya) – “Molde” (Norveç) cütünün qalibi - TNS (Uels) – “Legiya” (Polşa) cütünün qalibi


Çempion olmayanlar
“Norsyelland” (Danimarka) - “Zenit” (Rusiya)

“Austriya” (Zalsburq, Avstriya) - “Fənərbaxça” (Türkiyə)

PAOK (Yunanıstan) - “Metallist” (Ukrayna)

PSV (Hollandiya) - “Sulte Varegem” (Belçika)

“Lion” (Fransa) - “Qrasshoppers” (İsveçrə)

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 30-31-də və avqsutun 6-7-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR