Bank Of Baku

Terror təhlükəsinə görə təxirə salınmış “Qalatasaray”-“Fənərbaxça” derbisi aprelin 13-də keçiriləcək

Terror təhlükəsinə görə təxirə salınmış “Qalatasaray”-“Fənərbaxça” derbisi aprelin 13-də keçiriləcək
# 28 mart 2016 10:55 (UTC +04:00)

Bakı - APA. “Qalatasaray” - “Fənərbaxça” matçının keçiriləcəyi tarix bəlli olub.

 

Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqanın XXVI turunun qarşılaşması martın 20-də keçirilməli olsa da, terror təhlükəsi ilə əlaqədar təxirə salınmışdı.

 

Türkiyə Futbol Federasiyasının (TFF) iclasında əzəli rəqiblərin görüşünün aprelin 13-də keçirilməsinə qərar verilib.

 

“Fənərbaxça” rəhbərliyi matçın aprelin 6-da, “Qalatasaray” tərəfi isə 28-də keçirilməsini istəsə də, TFF onların arzularını həyata keçirməyib.

 

Qeyd edək ki, 25 oyundan sonra 59 xal toplayan “Fənərbaxça” turnir cədvəlində 2-ci, 39 xalı olan “Qalatasaray” isə 5-ci pillədə qərarlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR