Bank Of Baku

“Qarabağ” Avroliqanın pley-off mərhələsində Almaniyanın “Ayntraxt” klubuna uduzub

“Qarabağ” Avroliqanın pley-off mərhələsində Almaniyanın “Ayntraxt” klubuna uduzub
# 22 avqust 2013 20:11 (UTC +04:00)

APA-nın  verdiyi xəbərə görə, qitə miqyaslı yarışlarda yeganə təmsilçimiz olan “Qarabağ” klubunun rəqibi Almaniya Bundesliqasında ötən mövsüm 6-cı yeri tutan “Ayntraxt” olub. Almaniya klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edən Ağdam klubu qonaqlara 0:2 hesabı ilə məğlub olub. Qeyd edək ki,  topu “Qarabağ”ın qapısından  5-ci və 75-ci dəqiqələrdə “Ayntraxt”ın kapitanı Aleksandr Meyer keçirib.

 

Qeyd edək ki, Qurban Qurbanovun komandası turnirin I təsnifat mərhələsində Makedoniyanın “Metallurg” klubunu,  II təsnifat mərhələsində - Polşanın “Piast”ını,  III təsnifat mərhələsində isə İsveçin “Gefle” klubunu məğlub edərək turnirin pley-off mərhələsinə  yüksəlmişdi.

 

 

Avropa Liqası

Pley-off mərhələsi (ilk oyunlar)

 

22 avqust, Tofiq Bəhramov adına Respublika stadionu

 

 

“Qarabağ” (Azərbaycan) – “Ayntraxt” (Frankfurt, Almaniya) - 0:2

QOLLAR: Aleksandr Meyer, 5; 75

Baş hakim: Şimon Marçinyak (Polşa)

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR