Bakı – APA. “Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi səfərdə “Ayntraxt”ın qonağı olub.
Bakıda keçirilən ilk görüşdə Frankfurt təmsilçisinə 0:2 hesabı ilə məğlub olan komandamızın mərhələ adlamaq şansı az idi. Amma bunadək 2 dəfə Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandıran təmsilçimiz 3-cü cəhddən uğur qazanmaq istəyirdi.
Amma bu istək reallaşmayıb və Ağdam klubu rəqibinə 2:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
29 avqust
“Ayntraxt” (Almaniya) – “Qarabağ” (Azərbaycan) - 2:1
İlk oyun - 2:0
QOLLAR: Aleksandr Mayer, 10; Takaşi İnui, 76 - Reynaldo, 57
Baş hakim: Duarte Qomes
Frankfurt. “Kommersbank Arena” stadionu