Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində mübarizə aparan təmsilçimiz “Qarabağ” səfərdə meydana çıxıb.
Polşada “Pyast”ın qonağı olan baş məşqçi Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda qazanılan qələbəni (2:1) qorumağa çalışıb. Ağdamlılar bu dəfə də Qlevitse təmsilçisi qarşısında gücünü göstərib, nəyə qadir olduğunu sübut edib.
Belə ki, “Pyast”ın eyni adlı stadionunda keçirilən oyunda təmsilçimiz istənilən nəticəyə nail olaraq (2:2) növbəti mərhələyə çıxıb.
Qeyd edək ki, III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi "Gefle" (İsveç) olacaq.
Avropa Liqası
II təsnifat mərhələsi (cavab oyunu)
25 iyul
“Pyast” (Polşa) – “Qarabağ” (AZƏRBAYCAN) - 2:2
QOLLAR: Mateuş Matras, 29, Marçin Robak, 36 - Leroy Corc, 8, İlrix Kapolonqo, 108
İlk oyun – 1:2
Baş hakim: Stanislav Todorov (Bolqarıstan)
Qlivitse. “Pyast” stadionu