Bakı – APA. “Qarabağ” Azərbaycan futbolunda yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi avrokuboklarda ən çox qol vuran klubumuz adını qazanıb.
Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə ilk oyununadək 38 qol vuran komanda 39-cu qolunu isveçlilərin qapısından keçirdi.
Bu matçadək “Neftçi” ilə şərikli göstəriciyə malik olan “Qarabağ” Reynaldo Silvanın qələbə qolu ilə bakılıları da arxada qoydu. Bu göstəricidə 3-cü yerdə “İnter” (21 qol), 4-cü “Bakı” (16), 5-ci “Xəzər Lənkəran”dır (14 qol). Digər komandalar isə 10-dan az qol vurub.
Qeyd edək ki, “Qarabağ” 39 qoldan 36-nı UEFA kuboku/Avropa Liqasında, 1-ni Kuboklar kuboku, 2-ni İntertoto kubokunda vurub. Komandanın ilk qolunu 1996-cı il avqustun 22-də Finlandiyada “MüPA”nın qapısına vurub. Həmin topun müəllifi Bəxtiyar Musayev olub.