Bank Of Baku

“Qarabağ”ın gənclər komandası “Çelsi”yə məğlub olub

“Qarabağ”ın gənclər komandası “Çelsi”yə məğlub olub
# 22 noyabr 2017 14:45 (UTC +04:00)

Bu gün Gənclər Liqasında qrup mərhələsinin V turuna start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” son ev oyununu keçirib.

 

Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 öz meydanında “Çelsi” ilə görüşüb. Ağdamlılar növbəti mərhələ şanslarını qorumaq üçün qələbə qazanmalı olsalar da, bunu bacarmayıblar.

 

Təmsilçimiz hesabı açmağı bacarsa da, üstünlüyünü cəmi 11 dəqiqə saxlayıb. 61-ci dəqiqədə fərqlənən "zadəganlar" növbəti 16 dəqiqə ərzində daha 2 qol vuraraq, 3:1 hesablı səfər qələbəsi qazanıblar. Bununla da, "Qarabağ"ın qrupdan çıxmaq şansı qalmayıb. "Çelsi" isə xallarının sayını 12-yə çatdıraraq, növbəti mərhələyə vəsiqəni təmin edib. 

 

UEFA Gənclər Liqası

C qrupu, V tur

22 noyabr

Qarabağ” - “Çelsi” - 1:3

Qollar: Yaroslav Deda, 50 - Martell Teylor-Krossdeyl, 61 (pen.); Çarli Braun, 70; Corc Makİçran, 77

“Qarabağ”: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 18. Süleyman Əhmədov, 24. Yaroslav Deda, 38. İbrahim Qədirzadə, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 51. Elçin Əsədov, 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov, 80. Yusif Həsənov 

Ehtiyat oyunçular: 63. Əfqan Fərruxlu, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev, 37. Akif Hümbətzadə, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev

Baş məşqçi: Rəşad Sadıqov

 

“Çelsi”: 1. Marsin Bulka, 2. Mark Quehi, 3. Jozef Kolli, 4. Ethan Ampadu, 5. Koul da Silva (k), 6. Billi Qilmour, 7. Harve St Klair, 8. Corc Makİçran, 9. Martell Teylor-Krossdeyl, 11. Yakob Maddoks, 12. Kallum Hadson-Odoi

 

Ehtiyat oyunçular: 13. Ceymi Kamminq, 14. Çarli Braun, 15. Tariq Uvaqve, 16. Xuan Familio-Kastilyo, 17. Conatan Panzo, 17. Konor Qallager,

 

Baş məşqçi: Co Eduards

 

Baş hakim: Alper Ulusoy

Baş hakimin köməkçiləri: Mehmet Emin Tuğral, Deniz Caner Özaral (hamısı Türkiyə)

Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)

Bakı. “Azərsun Arena”

 

1

Çelsi

5

4

0

1

13-5

12

2

Roma

4

2

0

2

7-4

6

3

Atletiko

4

2

0

2

8-6

6

4

Qarabağ

5

1

0

4

3-16

3

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR