Bank Of Baku

“Rəvan” rəhbərliyi müqavilə bağladığı futbolçunu komandadan kənarlaşdırıb

“Rəvan” rəhbərliyi müqavilə bağladığı futbolçunu komandadan kənarlaşdırıb
# 30 avqust 2013 10:53 (UTC +04:00)

Bakı – APA. “Rəvan” az öncə transfer etdiyi futbolçulardan biri ilə yollarını ayırıb. Apasport.az saytının xəbərinə görə, klub rəhbərliyi hərdən millimizə də çağırılan Elhad Nəziri ilə müqaviləni qarşılıqlı şəkildə pozub. Buna səbəb futbolçunun məşqlərə laqeyd yanaşması olub.

 

Xəbəri “Rəvan”ın baş məşqçisi Vladislav Qədirov da təsdiqləyib: “Elhadı komandaya götürəndə fikirləşirdik ki, gənc oyunçu kimi bizə xeyri dəyə bilər. Ancaq yanıldığımızı gördük. Çünki bizdə olduğu 10 gün ərzində cəmi 2 məşqə çıxdı. Gah qasıq nahiyəsində, gah da baldırında ağrıların olduğunu dedi. Gördük ki, vaxt gedir, heyətə oyunçular cəlb etməliyik, Elhad isə kollektiv məşqlərdə iştirak edə bilmir. Bu üzdən onunla yolları ayırmaq qərarı verdik”.

 

Xatırladaq ki, qışda “Petrolul”la  3,5 illik müqavilə bağlamış Elhad Nəziri 6 aylıq Rumıniya karyerasının ardından ölkəmizə qayıtmışdı. O, “Rəvan”la 1 illik müqavilə imzalamışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR