Bakı-APA. “Simurq” bu gün daha bir futbolçu ilə heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi Avstriya toplanışında baxışda da olmuş serbiyalı hücumçu Draqan Ceran 1 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu “sarı-qaralar”ın heyətində “11” nömərli formayla mübarizə aparacaq.
Vaxtilə Serbiyanın 21 yaşlılardan ibarət yığmasına dəvət edilmiş Ceran “Simurq”un heyətində 9-cu legioner olub. Komanda ondan öncə qapıçı Pavel Kapsa, yarımmüdafiəçilər Patrik Osiako və Raul Kostin, hücumçu Salif Ballo ilə rəsmi müqavilə imzalamışdı. Həmçinin, ötən mövsüm Zaqatala təmsilçisinin uğurları üçün mübarizə aparan Anderson Oliveyra, Dilaver Zrnanoviç, Stepan Polyakın isə müqavilələrinin müddətini daha bir il artırılmışdı.