Bank Of Baku

“Tottenhem” baş məşqçi Andre Villaş-Boaşı istefaya göndərib

“Tottenhem” baş məşqçi Andre Villaş-Boaşı istefaya göndərib
# 16 dekabr 2013 12:41 (UTC +04:00)

Bakı – APA. İngiltərənin “Tottenhem” klubu baş məşqçi Andre Villaş-Boaşla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu gün London təmsilçisinin idarəçiləri ilə gənc çalışdırıcı arasında görüş baş tutub. Qarşılıqlı razılaşmaya əsasən, portuqaliyalı mütəxəssis postundan azad edilib.


Villaş-Boaş 2012-ci ilin iyul ayından “Tottenhem”ə rəhbərlik edirdi. O, “Çelsi”dən ayrıldıqdan sonra London klubunun “sükanı arxası”na keçmişdi.

Qeyd edək ki, “Tottenhem” hazırda 27 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb və lider “Arsenal”dan 8 xal geri qalır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR