Bank Of Baku

“Xəzər Lənkəran” ev oyunlarını neytral stadionda keçirə bilər

“Xəzər Lənkəran” ev oyunlarını neytral stadionda keçirə bilər
# 30 sentyabr 2013 14:53 (UTC +04:00)

Bakı – APA. “Xəzər Lənkəran” ev oyunlarını Lənkəran şəhər stadionunda keçirməyə bilər. Bu haqda apasport.az saytına stadionun direktoru Höccət Hacıyev məlumat verib. O bildirib ki, son leysanlar nəticəsində arenanın drenaj sistemi aradan çıxıb.


Bunun nəticəsində ot örtüyünün altında qalan su qatını aradan qaldırmaq mümkünsüz olub. Ona görə də “Xəzər Lənkəran”ın stadionu əsaslı şəkildə təmir olunmalıdır. Hazırda ev oyunlarının bir aylığa başqa stadionda keçirilməsi məsələsi müzakirə olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR