Bank Of Baku

“Xəzər Lənkəran”ın sabiq qapıçısı “Napoli”də oynaya bilər

“Xəzər Lənkəran”ın sabiq qapıçısı “Napoli”də oynaya bilər
# 26 fevral 2014 13:24 (UTC +04:00)

Bakı – APA. “Xəzər Lənkəran”ın sabiq qapıçısı Toni Doblas karyerasını İtaliya A seriyası təmsilçisi “Napoli”də davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Neapol təmsilçisinin baş məşqçisi Rafael Benites həmyerlisinin köməyinə ehtiyac duyub.

 

Buna səbəb isə Pepe Reynanın əvəzləyicisi olan braziliyalı Rafael Kabralın “Suonsi” ilə qolsuz başa çatan Avroliqa matçında xaçvarı bağının qopmasıdır. Artıq o zədələnərək vətəninə qayıdıb. Ona görə də Benites hazırda azad agent olan, “Betis” və “Saraqosa”dakı çıxışlarından tanıdığı Doblası “Napoli”yə gətirməyə çalışır. İtaliyalı qapıçı Roberto Kolombo isə Doblas gəldikdən sonra da III qolkiper statusunda qalacaq.

 

Qeyd edək ki, Toni Doblas “Xəzər Lənkəran”a Con Toşak tərəfindən ötən ilin yanvarında transfer olunub. Klubla 1,5 illik müqavilə bağlasa da, Avroliqada Hayfa “Makkabi”sinə 0:8 hesablı yenilgidə günahkar bilinərək komandadan qovulmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR