Bank Of Baku

İtaliya millisinin baş məşqçisi: “Azərbaycanla görüşdə qalib gəlməliyik”

 İtaliya millisinin baş məşqçisi: “Azərbaycanla görüşdə qalib gəlməliyik”
# 27 yanvar 2016 09:22 (UTC +04:00)

Bakı – APA. “Avropa çempionatının final mərhələsinə Azərbaycan millisi ilə oyunla başlayacağıq. İlk qarşılaşma çox vacibdi. Biz də bu görüşdə qalib gəlməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə İtaliya millisinin baş məşqçisi Roberto Meniçelli deyib.

 

Gələn həftə start götürəcək Avropa çempionatının final mərhələsi haqda fikirlərini açıqlayan mütəxəssis eyni qrupda mübarizə aparacaqları Azərbaycan millisi barədə danışıb.

 

O bildirib ki, həm millimiz, həm də Çexiya ilə görüşlərdə qələbə üçün mübarizə aparacaqlar: “Belçikadakı çempionata məğlubiyyətlə başlayıb, sonradan vəziyyəti düzəltməli olduq. Bu dəfə belə olmayacağına ümid edirəm. Azərbaycanla matçımız asan olmayacaq. Avropada bütün rəqiblər güclüdü. Çünki burada komandalar arasında fərq o qədər böyük deyil. Azərbaycan millisi püşk zamanı 3-cü səbətdə yer alsa da, daha güclü keyfiyyətlərə malikdi. Onlar dünya çempionatında da seçmə mərhələni uğurla adlayıb. Azərbaycan yığmasına çox yüksək səviyyəli ispan mütəxəssis gətiriblər. Həm Tino Peres, həm də onun yetirmələri çox güclüdü”.

 

 

Çalışdırıcının sözlərinə görə,  qrupda yer alan Çexiya yığması daha çətin rəqibdi: “Bu komanda ilə oyunlarımız alınmır. İki belə rəqibimizin olması isə qrupun çətinliyini göstərir. İki il əvvəl qazandığımız çempion titulunu qorumaq iddiasındayıq. Bunun üçün isə qrupdan çıxmalıyıq”.

 

Qeyd edək ki, Serbiyada keçiriləcək yarış fevralın 2-də start götürüb, 13-də yekunlaşacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR