Bakı – APA. AFFA bir çox məşqçiyə lisenziya verib. Apasport.az saytının məlumatına görə, bunlar PRO, A, B və C kateqoriyasına layiq görülənlərdi.
23 məşqçiyə PRO kateqoriyası verilib ki, onlardan 6-sı hazırda Premyer Liqa klublarına başçılıq edir. Həmçinin AFFA bir dönəm Azərbaycanda fəaliyyət göstərmiş Cüneyt Biçər və Fatih Kavlaka da PRO kateqoriyasını verib.
Elita komandalarında çalışanlardan yalnız Elbrus Məmmədov və Samir Abasov A kateqoriyası alıblar. Maraqlıdı ki, Məşqçilər Komitəsinin üzvlərindən Vaqif Sadıqov, Böyükağa Hacıyev, Ağasəlim Mircavadov və Şakir Qəribov, həmçinin Əsgər Abdullayev uzun illər bu işlə məşğul olmalarına baxmayaraq, hələ də A kateqoriyasını daşıyırlar.
AFFA Türkiyənin məşhur futbolçusu olmuş İbrahim Üzülməzə, həmçinin millimizin sabiq üzvü Deni Qaysumova B kateqoriyasını verib. Yerli mütəxəssislərdən Kamal Quliyev, Boris Tibilov, Emin İmaməliyev, Xaqani Məmmədov, Elmir Xankişiyev, Fizuli Məmmədov, Ceyhun Sultanov, Ruslan Qafitullin, Samir Ələkbərov, Nadir Qasımov, Nazim Əliyev, Camaləddin Əliyev, Paşa Əliyev, Emin Quliyev, İsmayıl Məmmədov, Səmədağa Şıxlarov, Rasim Abuşov, Fərrux İsmayılov, Samir Musayev, Bəxtiyar Musayev, Zeynal Zeynalov, Mehman Yunusov, Sənan Qurbanov, Vadim Vasilyev, İlham Yadullayev, Vidadi Rzayev, Zaur Tağızadə, Elçin Rəhmanov, Elmar Baxşıyev və Cahangir Həsənzadə kimi tanınmış simalar da B lisenziyasına layiq görülüblər. Sabiq hakim Azad Mütəllimovun bu siyahıda olması da diqqət çəkən məqamlardandı.
Mətləb Məmmədov, Nadir Nəbiyev, Kənan Kərimov, Yaşar Abuzərov, Sakit Rzayev, Ədahim Niftəliyev, Qurbanov Alim və Aqil Nəbiyev kimi mütəxəssislər, həmçinin “Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç, eləcə də sabiq referi Munis Abdullayev isə C kateqoriyası alıblar.
Ümumilikdə A lisenziyasını 76, B lisenziyasını 168, C lisenziyasını isə 240 məşqçi əldə edib.
PRO və A kateqoriyasını alanlar aşağıdakılardı:
PRO kateqoriyası: Təbriz Həsənov, Yaşar Vahabzadə, Şahin Diniyev, Arif Əsədov, Qurban Qurbanov, Nazim Süleymanov, Babək Alxasov, Ramiz Məmmədov, Elxan Abdullayev, Yunis Hüseynov, Adil Şükürov, Etibar İbrahimov, Aslan Kərimov, Novruz Əzimov, Tərlan Əhmədov, Bəhman Həsənov, Azər Bağırov, Vəli Qasımov, Cüneyt Biçər, Yüksel Kepoğlu, Fatih Kavlak, Murat Yoldas, Daril Villard.
A kateqoriyası: Nadir Şükürov, Zaur İsmayılov, Həbib Ağayev, Şaban Şırdanov, Mehman Babayev, Rafael Əmirbəyov, Mahmud Qurbanov, Osman Rəhimov, Dəyanət Əliyev, Aqil Məmmədov, Asif Əliyev, Zaur Hidayətov, Famil Xəlilov, Samir Əliyev, Elşad Quliyev, İlham Əzizzadə, Sebahattin Təkin, Tofiq Mustafayev, Rüfət Quliyev, Mirbağır İsayev, Namiq Adilov, Mehmet Ak, Sakit Əliyev, Siyasət Əsgərov, Faiq Əzizov, Elman Sultanov, Böyükağa Hacıyev, Elşad Xudadatov, Asim İbrahimov, Üzeyir İbrahimov, İslam Kərimov, Uğur Kulaksız, Vüqar Məmməd, Çudamir Çokarov, Həcıbala Abdullazadə, Səttar Əliyev, Zamin Asadullayev, Baba Əsgərov, Ramin Quliyev, Emil Babayev, Vladislav Qədirov, Şakir Qəribov, Məhərrəm Həsənov, Hikmət Hüseynov, Müşviq Hüseynov, Adil Mahmudov, Rafiq Mirzəyev, Vadar Nuriyev, Oktay Ocak, Elşad Əhmədov, Əfqan Talıbov, Məqsəd Yaqubəliyev, Rövşən Babayev, Qəhraman Əliyev, Vaqif Sadıqov, Vaqif Paşayev, Elbrus Məmmədov, Əsgər Abdullayev, Ağasəlim Mircavadov, Əbdülqəni Nurməmmədov, Nizami Sadıqov, Ramil Əliyev, Elnur Codarov, Hüseynqulu Quliyev, Arslan Quliyev, Aftandil Hacıyev, Azər Məmmədov, Zaur Həşimov, Samir Abasov, Vüqar Əskərov, Ayxan Abbasov, İlkin Hüseynov, Eltay Aslanov, Rasim Əliyev, Ramiz Kərimov, İqor Getman.