Bank Of Baku

AFFA “Bakı”nı çempionatdan kənarlaşdırıb

AFFA “Bakı”nı çempionatdan kənarlaşdırıb
# 26 aprel 2016 11:35 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İntizam Komitəsi aşağı yaş qruplarının liqalarında, həmçinin futzal və həvəskarların yarışlarında yaşanan xoşagəlməz halların səbəbkarlarını cəzalandırıb. Apasport.az saytının məlumatına görə, komitənin bu gün baş tutan iclasında U-17 Liqasının “Xəzər Lənkəran” – “Turan İB” və AZAL – “Xəzər Lənkəran”, U-15 Liqasının “Xəzər Lənkəran” – “Bakı” görüşlərində qonaqların matça gəlməməsini araşdırıb.

 

Hər üç qarşılaşmada meydan sahiblərinə texniki qələbə verilib. “Bakı” mövsümdə 3-cü dəfə bunu təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.

 

Bundan başqa, intizamsız futbolçulara qarşı da sərt cəzalar tətbiq olunub. U-15 Liqasının “Neftçi” – “Ağsu” matçında qonaqların futbolçusu Samir Əhədov təhqiramiz ifadələr işlətdiyinə görə 3 oyunluq cəzalanıb. Onun məşqçisi Talıb Musayev texniki zona qaydalarını pozduğu üçün 1 matçlıq kənarlaşdırılmaya məruz qalıb. U-14 Liqasının “Xəzər Lənkəran”la qarşılaşmasında hakimi təhqir edən Rəşad Kərəmov 2 tur İOEUGİM-ə (Sumqayıt) kömək etməyəcək.

 

Futzal üzrə Azərbaycan  çempionatının “Ağdam”la matçında hakimi təhqir edən Rasif Səfiyarov “Xəmsə”nin 4 oyununda meydana çıxmayacaq. Azərbaycan  birinciliyinin “Baku Fire” ilə qarşılaşmasında hakimlər briqadasını söyən “Zirvə”nin oyunçusu Ülvi Bağırlı 4 matçlıq “istirahət qazanıb”. Həvəskarlar liqasının  “Çağırğan”la oyununa gəlməyən “Sabunçu”ya texniki məğlubiyyət (0:3) verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR