Bank Of Baku

AFFA Araz Abdullayevin qırmızı vərəqəsini ləğv edib

AFFA Araz Abdullayevin qırmızı vərəqəsini ləğv edib
# 04 mart 2014 10:50 (UTC +04:00)

Bakı-APA. Bu gün keçirilən AFFA-nın İntizam Komitəsinin iclasında Topaz Premyer Liqasının XXIV turunun “Qarabağ” – “Neftçi” oyununda baş verənlər müzakirə olunub. Apasport.az saytının məlumatına görə, yığıncaqda matçın baş hakimi Vüsal Əliyevin bakılıların futbolçusu Araz Abdullayevə göstərdiyi qırmızı vərəqənin düzgün olub-olmadığına da aydınlıq gəlib.


Belə ki, matçın 62-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Araz Abdullayevə aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilmişdi. Lakin matçın videoyazısını izlədikdə yarımmüdafiəçinin həmin epizodda rəqibə qarşı aqressiv oynamadığı və hakimin vəziyyəti düzgün qiymətləndirmədiyi aşkar edilib. Bu səbəbdən də, İntizam Komitəsi Abdullayevə göstərilmiş qırmızı vərəqəni ləğv edib. Hakimlər Komitəsinə matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat verməsi tapşırılıb.

Oyunun 1-ci dəqiqəsində “Qarabağ”ın, matçın 62-ci dəqiqəsində isə “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klublar hərəyə 2000 manat cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR