Bank Of Baku

AFFA Berti Foqtsa əvəzləyici axtarır

AFFA Berti Foqtsa əvəzləyici axtarır
# 30 iyul 2013 08:35 (UTC +04:00)

Bakı – APA. “Mən azarkeşlərin Berti Foqtsu istefaya çağırışlarını eşitməmişəm. Almaniyalı baş məşqçi millidə müqaviləsinin sonunadək işləməlidi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov Almaniyanın DPA agentliyinə açıqlamasında deyib. 


Assosiasiya rəsmisi hələ iyulun 22-də, Milli Mətbuat Günü ilə münasibətilə jurnalistlərlə keçirilən görüşdə 2008-ci ilin aprelindən millimizin baş məşqçisi olan Berti Foqtsa alternativ namizədlərin siyahısını hazırlayacaqlarını bildirmişdi. 

Məmmədov bu dəfə vurğulayıb ki, 67 yaşlı almaniyalı çalışdırıcı çox güman cari seçmə mərhələnin sonunda vəzifəsindən gedəcək: “Biz eyni zamanda ona aktiv şəkildə əvəzləyici axtarırıq. Artıq namizədlər siyahısı var. AFFA-nın İcraiyyə Komitəsi bundan layiqli seçim edəcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR