Bank Of Baku

Ağasəlim Mircavadov: “Əcnəbi məşqçilər uduzanda da bara gedirlər”

Ağasəlim Mircavadov: “Əcnəbi məşqçilər uduzanda da bara gedirlər”
# 10 oktyabr 2013 12:24 (UTC +04:00)

Bakı – APA. “Harada işləyirsənsə, o yerin camaatını sevmək lazımdır. Yerli ilə əcnəbi məşqçinin fərqi bilirsiniz nədədir? Biz uduzanda bayıra çıxmırıq, dost-tanışdan, şəhər əhalisindən utanırıq. Ancaq xaricilər öz keflərindən qalmırlar. Uduzanda da bara gedirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq çalışdırıcısı Ağasəlim Mircavadov deyib.

 

Ölkəmizin ən titullu məşqçisi olan Mircavadov klublarımızın transfer siyasətindən danışarkən, problemin əcnəbi mütəxəssislərdən qaynaqlandığını ifadə edib: “Pul söhbəti olmamalıdır, məşqçi vicdanla işləməlidir. Oyunçu alanda yanıla bilərsən, bundan heç kim sığortalanmayıb. Allaha şükür ki, bu baxımdan ciddi səhv etməmişəm. “Xəzər Lənkəran”a gətirdiyim braziliyalıları xatırlayın və ya “Neftçi”də olanda seçdiyim Branimir Subaşiç, Georgi Adamiya kimi oyunçular bizə çox xeyir verdilər. Təsadüfü deyil ki, bir neçə klublarımızın formasını geyindilər. Bu, incə məsələdir. Hər şeyi nəzərə almaq lazımıdır. Gəlin, açıq danışaq, əcnəbi Azərbaycana yaxşı pula görə gəlir. Ancaq gəlib, normal kollektivə, ailə kimi bütöv bir yerə düşəndə tez uyğunlaşır və bunun müqabilində komanda üçün canını qoyur. Mən futbolçuların evinə belə gedirdim, şəxsi problemləri ilə maraqlanırdım. Çünki belə görüb-götürmüşdüm, özüm də tətbiq edirdim. Yəni sözümün canı odur ki, legioner futbolçunun Azərbaycanda uğur qazanması onun düşdüyü mühitdən asılıdır. Gərək onunla dil tapasan ki, potensialını da açasan”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR