Əbülfəs Qarayev İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin sessiyasında iştirak edəcək

Əbülfəs Qarayev İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin sessiyasında iştirak edəcək
# 21 noyabr 2014 14:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 25-dən 28-dək İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) çərçivəsində nazirlərin 30-cu sessiyası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə dövlət və özəl sektor nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edəcək.

COMCEC-in yaranmasının 30 illiyinə həsr olunmuş sessiyanın mövzusu "İƏT-ə üzv olan dövlətlərdə turizm sahəsinin inkişafında dövlət-özəl sektor tərəfdaşlığının rolu" olacaq.

Nazirlikdən bildiriblər ki, sessiya ərəfəsində biznes-forum və sərginin təşkili planlaşdırılır. Tədbir çərçivəsində COMCEC-in maliyyə dəstəyi ilə nazirlik tərəfindən həyata keçirilən "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsinin təqdimatı da nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR