Bakı-APA. Bu gün Praqada UEFA Superkuboku uğrunda oyun keçirilib. APA-nın məlumatına görə, bu oyunda Almaniyanın “Bavariya” və İngiltərənin “Çelsi” klubları üz-üzə gəlib.
Oyunun əsas vaxtı və ekstra-taymlar qalibi müəyyən etmədiyindən görüşün taleyini 11 metrlik cərimələr seriyası həll edib.
Penaltilər mübarizəsində Almaniya klubu daha şanslı olub.
“Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) 2:2 (penaltilər - 5:4)
Riberi, 47, Martines, 120 - Torres, 8, Hazard, 93
Qırmızı vərəqə Ramires, 85 (“Çelsi”)