Bank Of Baku

Avropa Liqası: “Fənərbaxça” – “Lokomotiv” - 2:0

Avropa Liqası: “Fənərbaxça”  – “Lokomotiv” - 2:0
# 16 fevral 2016 20:01 (UTC +04:00)

Bakı-APA. UEFA Avropa Liqasında fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirin 1/16 final mərhələsinə İstanbuda start verilib.

 

“Fənərbaxça” Rusiya təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. “Fənərbaxça”  turnirin 1/16 finalının ilk oyununda “Lokomotiv” üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanıb. Gərgin oyunda De Souza dubbla fərqlənib. 

 

Cavab oyun fevralın 25-də "Lokomotiv" stadionunda baş tutacaq. 

 

Avropa Liqası

1/16 final, ilk oyun

 

16 fevral

“Fənərbaxça” (Türkiyə) – “Lokomotiv” (Rusiya) - 2:0

Qollar: De Souza, 18, 72

 

Baş hakim: Martin Stromberqsson

Yan xətt hakimləri: Daniel Qustavson, Stefan Holberq

4-cü hakim: Maqnus Syöblom

Əlavə köməkçi hakimlər: Boyan Pandziç, Mohammed Al Hakim (hamısı İsveç)

İstanbul, “Şükrü Saraçoğlu” stadionu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR