Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutan tədbirdə 1/16 və 1/8 final mərhələsinin cütləri müəyyənləşib.
Qitənin ikinci dərəcəli klub turnirinin iştirakçıları 2014-cü ilin yazında qarşılaşacağı rəqiblərin adlarını bilib. Qrup mərhələsini uğurla adlayan 24 komanda və Çempionlar Liqasında qrup üçüncüsü olan 8 iştirakçı 16 cütlüyə bölünüb. Növbəti mərhələdə isə bu 16 cütlüyün qalibləri bir-birinə rəqib olacaq.
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu Rusiya “Rubin”i İspaniya təmsilçisi “Betis”lə görüşəcək. Türkiyənin “Trabzonspor” klubu isə İtaliya “Yuventus”i ilə görüşəcək. Apenninlilər Çempionlar Liqasının qrupunda uduzduqları “Qalatasaray”ın qisasını onların həmyerlilərindən almağa çalışacaq.
1/16 final
1.“Dnepr” (Ukrayna) - “Tottenhem” (İngiltərə)
2. “Betis” (İspaniya) - “Rubin” (Rusiya)
3 .“Suonsi” (Uels) - “Napoli” (İtaliya)
4. “Yuventus” (İtaliya) - “Trabzonspor” (Türkiyə)
5. “Maribor” (Sloveniya) - “Sevilya” (İspaniya)
6. “Viktoriya” (Çexiya) - “Şaxtyor” (Ukrayna)
7. “Çernomorets” (Ukrayna) - “Lion” (Fransa)
8. “Latsio” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan)
9. “Esbyerq” (Danimarka) - “Fiorentina” (İtaliya)
10. “Ayaks” (Hollandiya) - “Zalsburq” (Avstriya)
11. “Makkabi” (T, İsrail) - “Bazel” (İsveçrə)
12. “Porto” (Portuqaliya) - “Ayntraxt” (Almaniya)
13. “Anji” (Rusiya) - “Genk” (Belçika)
14. “Dinamo” (Ukrayna) - “Valensiya” (İspaniya)
15. PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya)
16. “Slovan” (Çexiya) - “Alkmaar” (Hollandiya)
1/8 final
16-cı cütün qalibi - 13 cütün qalibi
8-ci cütün qalibi - 14-cü cütün qalibi
12-ci cütün qalibi - 3-cü cütün qalibi
7-ci cütün qalibi - 6-cı cütün qalibi
5-ci cütün qalibi - 2-ci cütün qalibi
1-ci cütün qalibi - 15-ci cütün qalibi
11-ci cütün qalibi - 10-cu cütün qalibi
4-cü cütün qalibi - 9-cu cütün qalibi