Bank Of Baku

Azərbaycan çempionatında legioner limiti yenə dəyişdirilib

Azərbaycan çempionatında legioner limiti yenə dəyişdirilib
# 14 avqust 2013 10:47 (UTC +04:00)

Bakı – APA. Topaz  Premyer Liqasında legioner limiti yenə dəyişdirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsi 2014/15 mövsümü üçün yeni limit tətbiq edəcək.

 

Qarşıdakı mövsümdən komandalar meydanda 6-dan artıq legionerə güvənə bilməyəcək. Meydanda yer alacaq 5 yerli futbolçudan ikisi isə 21 yaşa qədər olmalıdır.

 

Qeyd edək ki, cari mövsümdə tətbiq olunan limitə əsasən, meydanda 7 legioner ola bilər. 4 yerli futbolçudan biri isə mütləq 21 yaşadək olmalıdır. Cari mövsüm üçün bu yaş 1992-ci il təvəllüdlülərə şamil olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR