Bank Of Baku

Azərbaycan klublarının Avropa Liqasındakı oyunlarının vaxtı və hakimləri müəyyənləşib

Azərbaycan klublarının Avropa Liqasındakı oyunlarının vaxtı və hakimləri müəyyənləşib
# 13 iyul 2013 09:15 (UTC +04:00)

Bakı – APA. Azərbaycan klubları “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın Avropa Liqasının II təsnifat mərhələsindəki oyunlarının başlama saatları və hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hər üç təmsilçimizin ev matçları eyni saatda başlayacaq.

Belə ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda Polşa “Pyast”ını qəbul edəcək Ağdam klubunun oyunu saat 21:00-da start veriləcək. 1 həftə sonra evdə oynayacaq “İnter” Norveçin "Tromse", “Xəzər Lənkəran” isə İsrailin “Makkabi” (Hayfa) klubunu eyni saatda qəbul edəcək.

“İnter”lə “Xəzər Lənkəran”ın səfərdə keçirəcəyi ilk oyunlar da eyni vaxtda başlayacaq. Onlar “Qarabağ”dan 1 saat sonra meydana çıxacaq. Ağdamlılar cari mövsüm III təsnifat mərhələsinə yüksələn ilk komandamız ola bilər. Belə ki. iyulun 25-də cavab oyununa səfərdə çıxacaq Qurban Qurbanovun yetirmələrinin görüşü digər 2 təmsilçimizin qarşılaşmalarından yarım saat tez başlayacaq.

II təsnifat mərhələsi
İlk oyunlar
18 iyul
21:00. “Qarabağ” (AZƏRBAYCAN) – “Pyast” (Polşa)
Baş hakim: Damir Batiniç (Xorvatiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

22:00. “Tromse” (Norveç) – “İnter” (AZƏRBAYCAN)
Baş hakim: Yuri Mojarovski (Ukrayna)
Tromse. “Alfheym” stadionu

22:00. “Makkabi” (İsrail) – “Xəzər Lənkəran” (AZƏRBAYCAN)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Hayfa. “Kiryat Eliezer” stadionu

Cavab oyunları
25 iyul
20:30. “Pyast” (Polşa) – “Qarabağ” (AZƏRBAYCAN)
Baş hakim: Stanislav Todorov (Bolqarıstan)
Qlivitse. “Pyast” stadionu

21:00. “İnter” (AZƏRBAYCAN) – “Tromse” (Norveç)
Baş hakim: Eli Haçmon (İsrail)
Bakı. “Bayıl Arena”

21:00. “Xəzər Lənkəran” (AZƏRBAYCAN) – “Makkabi” (İsrail)
Baş hakim: Danni Makkeli (Hollandiya)
Lənkəran. Mərkəzi şəhər stadionu

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR