Bank Of Baku

Azərbaycanda futbol komandası meydana çıxmaqdan imtina edib

Azərbaycanda futbol komandası meydana çıxmaqdan imtina edib
# 06 may 2016 15:24 (UTC +04:00)

Qusar. Vəli Turan – APA. Futbol üzrə Azərbaycanın I Divizionunun XXV turunun “Şahdağ” – “Şərurspor” oyunu baş tutmayıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, buna səbəb Qusarın klubunun meydana çıxmaqdan imtina etməsidi.

 

Belə ki, saat 16:00-da başlaması nəzərdə tutulan qarşılaşmanın start fiti səslənməyib. Futbolçular əmək haqlarının ödənilməməsinə etiraz edərək, oynamaq istəməyiblər.

 

Qeyd edək ki, bu matç qusarlılar üçün mövsümün son ev oyunu idi.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR