Bank Of Baku

Azərbaycan komandası hərbçilər arasında birinci Dünya Futbol Kubokunun yarımfinalında uduzub

Azərbaycan komandası hərbçilər arasında birinci Dünya Futbol Kubokunun yarımfinalında uduzub
# 13 iyul 2013 08:41 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dalğa Arenada keçirilən qarşılaşmada Azərbaycan komandası Oman komandasına 1:2 hesabı ilə məğlub olub. Bayıl stadionunda keçirilən ikinci yarımfinal oyununda isə İraq komandası Kot-Divuar komandasına 3:0 hesabı ilə qalib gəlib. 

 

İyulun 2-dən başlayan çempionat artıq sona çatmaq üzrədir.

 

İyulun 14-də  saat 17.00-da Azərbaycan və Kot-Divuar komandaları üçüncü yer uğrunda mübarizə aparacaqlar.

 

Həmin gün saat 20.30-da isə Oman komandası ilə İraq komandası final oyununa çıxacaq.

 

Dalğa Arenada keçiriləcək hər iki oyun İdman Azərbaycan kanalı və cempionatın rəsmi internet səhifəsində (www.cism-wft2013.az) canlı yayımlanacaq.

 

İyulun 15-də isə çempionatın rəsmi bağlanış mərasimi keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR