Bank Of Baku

Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində mövqeyini qoruyub

Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində mövqeyini qoruyub
# 16 yanvar 2014 11:16 (UTC +04:00)

Bakı-APA. FİFA milli komandaların 2014-cü il üçün ilk reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yeni ilə 94-cü pillədə başlayıb.


Sonuncu dəfə dekabrın 28-də açıqlanan siyahının rəsmən dərc olunmasından sonra heç bir oyuna çıxmayan yığmamızın yeri və hesabındakı xalı dəyişməz qalıb. Komandamızın yenə 363 xala malikdir.

Qeyd edək ki, siyahının ilk 25 pilləsində də dəyişiklik yoxdur. İlk “üçlük”də İspaniya (1507), Almaniya (1318) və Argentina (1251) yığmaları qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR