UEFA-nın avrokuboklar üçün əmsallar cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2013/14 mövsümünün II təsnifat mərhələsinin ilk oyunlarından sonra siyahıda cüzi dəyişikliklər qeydə alınıb.
İyulun 18-də baş tutan Avropa Liqasındakı oyunlarının da əksini tapdığı cədvəldə Azərbaycan hesabına daha 0,250 xal əlavə edib. Buna “Qarabağ”ın öz meydanında Polşanın “Pyast” klubunu 2:1 hesabı ilə məğlub etməsi səbəb olub. “Xəzər Lənkəran”la “İnter” isə müvafiq olaraq Hayfada “Makkabi” və Norveçdə “Tromse”yə uduzmaqla xal qazanmayıb. Onların hər ikisi 0:2 hesablı məğlubiyyətə üzülüb.
Bu qələbə ilə cari mövsüm üçün əmsalımız 1,625-ə çatdırıb. Bunun 0,750-si “Qarabağ”ın hesabındadırsa, “Xəzər Lənkəran”la “İnter” hərəyə 0,375 xal, “Neftçi” isə cəmi 0,125 xal gətirib.
Bununla da 5 mövsümdə qazandıqlarımızın cəmi 9,500-ə çatdırıb. Bu isə ölkəmizin irəliləməsi üçün faydasız olaraq, 30-cu pillədə qalması ilə nəticələnib. Mövsümü 32-ci yerdə başlayan, sonradan Gürcüstan və Sloveniyanı arxada qoyan ölkəmiz indi 29-cu pillədən xeyli geridə qərarlaşıb.
Belə ki, indi Azərbaycanı həmin mövqedə olan Slovakiyadan 0,750 ayırır. Bu isə 3 qələbə deməkdir. 31-ci olan Sloveniya bizdən yarım xal – 2 qələbə geridədir.
|
...25 |
Norveç |
12.975 |
|
26 |
Serbiya |
12.750 |
|
27 |
Macarıstan |
11.625 |
|
28 |
Bolqarıstan |
10.750 |
|
29 |
Slovakiya |
10.250 |
|
30 |
Azərbaycan |
9.500 |
|
31 |
Sloveniya |
9.000 |
|
32 |
Gürcüstan |
8.875 |
|
33 |
Moldova |
8.125 |
|
34 |
Finlandiya |
7.175 |
|
35... |
Bosniya Herseqovina |
7.125 |