Bank Of Baku

Azərbaycanın futbol üzrə milli komandası 3 yoxlama oyunu keçirəcək

Azərbaycanın futbol üzrə milli komandası 3 yoxlama oyunu keçirəcək
# 26 mart 2016 19:32 (UTC +04:00)

Bakı-APA. Mayın 23-dən iyunun 4-dək Azərbaycan millisinin Avstriyada təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, bu toplanış zamanı üç yoxlama görüşü planlaşdırılır.

 

Bu barədə sayta AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

 

Antalyada Azərbaycan – Qazaxıstan (0:1) hazırlıq matçından sonra əməkdaşımıza açıqlama verən baş katib milli komandanın Avstriya toplanışında 3 yoxlama görüşü keçirəcəyini deyib: “Artıq Kanada ilə razılaşmışıq. İkinci rəqib böyük ehtimalla Makedoniya millisi olacaq. Bu dəqiqləşəndən sonra üçüncü sınaqçının da kimliyinə aydınlıq gələcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR