Bank Of Baku

Azərbaycanlı klublarının Avropa Liqasında növbəti potensial rəqibləri müəyyənləşib

Azərbaycanlı klublarının Avropa Liqasında növbəti potensial rəqibləri müəyyənləşib
# 19 iyul 2013 14:13 (UTC +04:00)

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz – “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” növbəti potensial rəqiblərini öyrənib.

Lənkəranlıların II mərhələdə üzləşdiyi Hayfa “Makkabi”sinin reytinqi yüksək olduğundan, səpələnmişlər arasında idi və münasib rəqiblə düşəcəyi gözlənilən idi. Bu, Latviyanın “Ventspils” və Lüksemburqun “Jeness” klublarının qalibi olacaq. Latviyalılar ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.

Lüksemburqun digər təmsilçisi də bizə potensial rəqib olub. Belə ki, “İnter” Norveç “Tromse”sini keçərsə, “Differdanj” - “Utrext” cütünün qalibi ilə üzləşəcək. Lüksemburqlular evdə gözlənilmədən Hollandiya təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.

“Qarabağ” Polşanın “Pyast” klubunu II mərhələdə mübarizədən kənarlaşdırarsa, “Anortosis” – “Gefle” cütünün qalibi ilə oynayacaq. Kiprlilər İsveç təmsilçisinə evdə 3:0 hesabı ilə qalib gəlməklə, mərhələ keçmək vəzifəsini demək olar həll edib.

Təmsilçilərimiz III mərhələyə çıxarsa, “Qarabağ” yenə mübarizəyə evdə, “İnter”lə “Xəzər Lənkəran” səfərdə başlayacaq.

III təsnifat mərhələsinin oyunları

“Suonsi” (İngiltərə) - "Malmö" (İsveç) - “Hibernian” (Şotlandiya) cütünün qalibi

“Sevilya” (İspaniya) - "Mladost" (Monteneqro) - “Senitsa” (Slovakiya) cütünün qalibi

“Sent Etyenn” (Fransa) - “Şaxtyor” (Belarus) - "Milsami" (Moldova) cütünün qalibi

"İrtış" (Qazaxıstan) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina) cütünün qalibi - “Udineze” (İtaliya)

“Petrolul” (Rumıniya) - "Vikinqur" (Farer adaları) cütünün qalibi - “Vitess” (Hollandiya)

“Hayduk” (Xorvatiya) - "Turnovo" (Makedoniya) cütünün qalibi - “Dila” (Gürcüstan) - “Olborq” (Danimarka) cütünün qalibi

“Yablonets” (Çexiya) - “Stromsqodset” (Norveç) - “Debretsen” (Macarıstan) cütünün qalibi

"Skonto" (Latviya) - “Slovan” (Çexiya) cütünün qalibi - “Sürix” (İsveçrə)

"Dinamo" (Belarus) - “Lokomotiv” (Xorvatiya) cütünün qalibi - “Trabzonspor” (Türkiyə) - “Derri Siti” (İrlandiya) cütünün qalibi

“Hodd” (Norveç) - "Aktobe" (Qazaxıstan) cütünün qalibi - “Breydablik” (İslandiya) - “Şturm” (Avstriya) cütünün qalibi

“Panduri” (Rumıniya) - "Levadiya" (Estoniya) cütünün qalibi - “Beroe” (Bolqarıstan) - “Hapoel” (T-Ə, İsrail) cütünün qalibi

“Rieka” (Xorvatiya) - “Prestatin” (Uels) cütünün qalibi - “Olimpiya” (Sloveniya) - “Jilina” (Slovakiya) cütünün qalibi

“Şlensk” (Polşa) - “Rudar” (Monteneqro) cütünün qalibi - “Brügge” (Belçika)

“Randers” (Danimarka) - “Yaqodina” (Serbiya) - “Rubin” (Rusiya) cütünün qalibi

“Asteras” (Yunanıstan) - “Rapid” (Avstriya)

“Höteborq” (İsveç) - “Trençin” (Slovakiya) cütünün qalibi - "Astra" (Rumıniya) - “Omoniya” (Kipr) cütünün qalibi

“Jalgiris” (Litva) - "Punik" (Ermənistan) cütünün qalibi - “Honka” (Finlandiya) - “Lex” (Polşa) cütünün qalibi

“Motervell” (Şotlandiya) - “Kuban” (Rusiya)

"Zrinski" (Bosniya və Herseqovina) - "Botev" (Bolqarıstan) cütünün qalibi - “Ştutqart” (Almaniya)

“Eştoril” (Portuqaliya) - “Hapoel” (Ramat-Qan, İsrail)

"Voyvodina" (Serbiya) - "Honved" (Macarıstan) cütünün qalibi - “Bursaspor” (Türkiyə)

“Ksanti” (Yunanıstan) - “Linfild” (Şimali İrlandiya) cütünün qalibi - "Reykyavik" (İslandiya) - “Standard” (Belçika) cütünün qalibi

“Sparta” (Çexiya) - “Hakken” (İsveç) cütünün qalibi - “Tyun” (İsveçrə) - “Çixura” (Gürcüstan) cütünün qalibi

"Valletta" (Malta) - “Minsk” (Belarus) cütünün qalibi - "Rusenborq" (Norveç) - “Sent-Conston” (Şotlandiya) cütünün qalibi

Qeyd edək ki. III mərhələnin oyunları avqustun 1-də və 8-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR