Bank Of Baku

Azərbaycanlı qapıçı Avropa çempionatında hamını qabaqlayır

Azərbaycanlı qapıçı Avropa çempionatında hamını qabaqlayır
# 08 fevral 2016 14:36 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsinə yüksələn qapıçıların qurtarış siyahıları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin qolkiperi Rövşən Hüseynli mübarizəni davam etdirənlər arasında 1-ci pillədə qərarlaşıb.

 

Yığmamızın çərçivə qoruyucusu İtaliya (0:3) və Çexiya (6:5) ilə qarşılaşmalarda üst-üstə 29 “seyv” edib. O, bu göstərici ilə 1/4 finala yüksələn digər 7 komandanın əsas qapıçılarını arxada qoyur.

 

2-ci pillədə meydan sahibi Serbiyanın qapıçısı Miodraq Aksentiyeviç qərarlaşıb – 21. İtaliyalı Stefano Mammarella, ukraynalı Yevgeni İvanyak və ispaniyalı Pako Sedanonun hərəyə 19 “seyv”i var.

 

Qazaxıstanlı İqita və portuqaliyalı Vitor Huqo hərəyə 15 qurtarışla geridə qalır. 1/4 finalda millimizin rəqibi olan rusiyalıların əlcək sahibi Qustavo isə hamıdan aşağı göstəriciyə malikdi – 13.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR