Bank Of Baku

Azərbaycanlı taekvandoçu Fəridə Əzizova dünya çempionatının bürünc medalını qazanıb

Azərbaycanlı taekvandoçu Fəridə Əzizova dünya çempionatının bürünc medalını qazanıb
# 18 iyul 2013 09:21 (UTC +04:00)

Meksikanın Puebla şəhərində keçirilən taekvando üzrə dünya çempionatının 3-cü günü Azərbaycan millisi üçün üğürlu alınıb. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət yığmamızın üzvü Fəridə Əzizova 67 kq çəki dərəcəsində bürünc medal qazanıb.

İlk döyüşdə rəqibi Fanal Lalrempuiinə (WTF) 4:0 hesabı ilə qalib gələn təmsilçimiz növbəti döyüşünü Perisiç Dojanaya (Serbiya) qarşı keçirib. İdmançımız 2:2 hesablı bərabərliyə qalaraq rəqibini qızıl xalla məğlub edib. Çinli idmançı Qvo Tun Fei ilə döyüşdən 3:0 hesablı inamlı qələbədən sonra taekvondoçumuz yarımfinala yüksəlib.

Bu mərhələdə tayvanlı Çuanq Çia Çia idmançımızı məğlub edib - 5:8. Bununla da Fəridə dünya çempionatında bürünc medal qazanan ilk qadın idmançı kimi Azərbaycan taekvondo tarixinə düşüb.

Qeyd edək ki, Əzizova 2009-cu ildə yeniyetmələr arasında Xorvatyada kecirilən Avropa çempionatının bürünc, 2012-ci ildə Misirdə gənclər arasında dünya çempionatının qızıl mükafatını qazanıb. O, bu il Moldovanın paytaxtı Kişinyovda keçirilən 16-21 yaşlılar arasında Avropa cempionatının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR