Bank Of Baku

Bakıda keçiriləcək “Dördlər finalı” turnirinin püşkatmasının vaxt müəyyənləşib

Bakıda keçiriləcək “Dördlər finalı” turnirinin püşkatmasının vaxt  müəyyənləşib
# 17 fevral 2014 14:00 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə UEFA kubokunun Bakıda keçiriləcək “Dördlər finalı”nın püşkatmasının vaxt  müəyyənləşib. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir martın 12-də “Hilton” otelində keçiriləcək və saat 15:00-da başlayacaq.

 
”Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və Azərbaycan çempionu “Araz”ın mübarizə aparacağı “Dördlər finalı”nın oyunları aprelin 24-ü və 26-da keçiriləcək. Yarımfinal oyunları aprelin 24-də baş tutacaq. 2 gün sonra isə 3-cü yer uğrunda və final matçı olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR