APA-nın məlumatına görə, bu gün ingiltərənin "Arsenal" klubu öz meydanında Almaniya çempionu "Bavariya"nı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Toni Kroos (54 dəq.) və Tomas Müller (88 dəq.) vurublar.
Digər qarşılaşmada "Milan" Madridin "Atletiko" klubu ilə üz-üzə gəlib. Bu oyunda da qonaqlar qalib gəlib. "Ateletiko" rəqibini Dieqo Kostanın 83-cü dəqiqədə vurduğu qol ilə 1:0 hesabı ilə məğlub edib.
Cavab oyunları martın 11-də keçiriləcək.