Bank Of Baku

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib
# 26 aprel 2016 22:56 (UTC +04:00)

Bakı-APA. Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Mançester Siti” Madrid “Real”ını qəbul edib.

 

İspaniya kubokunda mübarizəni dayandırsa da, çempionluq uğrunda şansları davam edən “kral klubu” həm də qitənin ən nüfuzlu klub turnirində qalib olmaq istəyir. Madridlilərin super ulduzu Kristiano Ronaldonun zədə səbəbindən meydana çıxmadığı qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

 

Səfər oyunundan qol buraxmadan dönən Zidanın yetirmələri finala çıxmaq üçün daha yaxşı imkanlara sahibdilər.

 

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyun

26 aprel

 

“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) - 0:0

 

Mançester. Şəhər stadionu

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR