Bank Of Baku

Daha bir azərbaycanlı futbolçu Türkiyədə çıxış edə bilər

Daha bir azərbaycanlı futbolçu Türkiyədə çıxış edə bilər
# 02 avqust 2013 09:55 (UTC +04:00)

Bakı – APA. Ötən mövsüm “Neftçala”nın heyətində çıxış edən Davud Kərimi Türkiyənin “Kahramanmaraşspor” klubunda baxışdadır. Apasport.az saytının məlumatına görə, 28 yaşlı Kərimi “Orduspor”la yoxlama oyununda meydana çıxıb.

 

O, ikinci hissədə meydana daxil olub. Ancaq oyun 80-ci dəqiqədə güclü yağış yağdığından yarımçıq dayandırılıb. Bununla belə, əgər Davudun oyunu bəyənilərsə, Kahramanmaraş təmsilçisi onunla rəsmi müqavilə imzalayacaq.

 
Qeyd edək ki, “Kahramanmaraşspor”un heyətində digər azərbaycanlı futbolçular Fərid Quliyev və Murad Axundzadə də çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR