Bank Of Baku

Fələstin reytinq siyahısında Azərbaycan yığmasını qabaqlayacaq

Fələstin reytinq siyahısında Azərbaycan yığmasını qabaqlayacaq
# 29 yanvar 2016 12:55 (UTC +04:00)

Bakı – APA. FİFA-nın fevralın 4-də açıqlayacağı milli komandaların növbəti reytinq siyahısının təxmini variantı dərc olunub. Apasport.az saytının məlumatına görə, həmkarlarımızın hazırladığı bu cədvəldə komandaların hansı pillələrdə qərarlaşacağı ilə bağlı ehtimallara üstünlük verilib.

 

Yanvarın 7-də açıqlanan rəsmi siyahıdan sonrakı cədvələ qədər olan 28 gündə baş tutacaq matçların nəticələrini nəzərə alan ekspertlər buna uyğun cədvəl tərtib ediblər. Təxminlərə əsasən, Azərbaycan yığması gələn ay 117-ci pillədə yer alacaq.

 

Bu siyahıda hesabında 296 xalı olan komandamız yanvarda açıqlanan cədvəllə müqayisədə 1 pillə geriləyib. Bu müddətdə heç bir rəsmi matça çıxmayan Robert Prosineçkinin yetirmələrinin gözlənilən mövqe dəyişikliyinə digər yığmaların nəticələri səbəb olub.

 

Belə ki, Türkmənistan 116-cı və Fələstin 111-ci yerə yüksəlməklə, komandamızı təxmini cədvəldə arxada qoyub. Türkmənistanlıların belə irəliləməsi diqqətdən yayınmır. Çünki onlar son 10 il 3 ayda, yəni 123 ayda ilk dəfə Azərbaycanı arxada qoyub. 2 komandanı önə buraxan yığmamızın 2 pillə deyil, 1 pillə geriləməsi isə Zimbabve ilə bağlıdı. 23 pillə aşağı yuvarlanıb, 131-ci yerə düşən afrikalılar yığmamızdan da geri qalır.

 

Millimiz və “qonşuları”
 

112 (105). Anqola - 306

114 (111). Mərkəzi Afrika Respublikası - 302

115 (113). Çad – 301

116 (115). Aruba – 298

116 (117). Türkmənistan – 298

117 (116). AZƏRBAYCAN – 296

118 (121). Syerra-Leone - 290

119 (119). Sent-Kitts və Nevis – 289

120 (128). Beliz - 286

120 (120). Gürcüstan – 286

120 (121). Tailand – 286

  

Dünyanın ən güclü 10 komandasının tərkibində isə heç bir dəyişiklik olmayacaq. Planetin nəhəngləri mövqelərini gələn ay da qoruyacaq. Yalnız Çilinin xal hesabında artım olacaq.

 

İlk “onluq”

1 (1). Belçika – 1494
2 (2). Argentina – 1455

3 (3). İspaniya - 1370
4 (4). Almaniya – 1347
5 (5). Çili – 1293

6 (6). Braziliya – 1251

7 (7). Portuqaliya – 1219

8 (8). Kolumbiya – 1211

9 (9). İngiltərə - 1106

10 (10). Avstriya - 1091

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniyavə San-Marinonun yeri və xalı dəyişməz qalacaq. Çexiya isə Fil Dişi Sahilinin geriləməsindən yararlanıb 1 pillə irəliləyəcək. Sonuncuları keçən Şimali İrlandiya daha bir Afrika təmsilçisini Əlcəzairi də arxada qoyaraq, irəliyə doğru 2 addım atacaq. Digər rəqiblərimizdən fərqli olaraq, xal hesabıd a artacaq Norveç isə 4 addım irəliləməlidi.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

 

4 (4). Almaniya – 1347

25 (26). Çexiya - 860

28 (30). Şimali İrlandiya - 825

50 (54). Norveç - 597
198 (198). San-Marino - 28


Qeyd edək ki, qonşu Türkiyə yığması təxmini siyahıda 933 xalla 20-ci yerdə qərarlaşıb. “Ay-ulduzlular” da Fil Dişi Sahilini keçəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR