Bank Of Baku

Futzal üzrə Azərbaycan millisi Portuqaliya ilə heç-heçə oynayıb

Futzal üzrə Azərbaycan millisi Portuqaliya ilə heç-heçə oynayıb
# 18 sentyabr 2013 07:49 (UTC +04:00)

Bakı-APA. Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Joze Alessionun yetirmələri Portuqaliya yığması ilə qarşılaşıb.


Pireney yarımadasının qonağı olan komandamız güclü rəqiblə oyundan heç-heçə ilə ayrılıb – 1:1. Qarşılaşmada hesabı millimiz açıb. Amadeunun qolu ilə hesabda önə keçən komandamız Marinyonun cavab qolunu əngəlləyə bilməyib.

Qeyd edək ki, Azərbaycan və Portuqaliya milli komandaları bu gün yenidən üz-üzə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR