Bank Of Baku

Gələn il Braziliyada keçiriləcək dünya çempionatının bütün iştirakçıları bəlli olub

Gələn il Braziliyada keçiriləcək dünya çempionatının bütün iştirakçıları bəlli olub
# 21 noyabr 2013 07:33 (UTC +04:00)

Bakı – APA. Gələn il Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının pley-off mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, gələn il Braziliyada keçiriləcək mundiala sonuncu vəsiqənin sahibi qitələrarası pley-off qarşılaşmasında bəlli olub.

 

Cənubi Amerikada seçmə mərhələnin 5-ci komandası olan Uruqvay Asiya zonasına 5-ci vəsiqəni qazandırmaq iddiasında olan İordaniyanı qəbul edib. Səfərdəki ilk oyunda rəqibini 5:0 hesabı ilə məğlub edən uruqvaylılar cavab görüşündə özünə əziyyət verməyib. Qolsuz bitən qarşılaşma mundiala 32-ci vəsiqəni Uruqvaya qazandırıb.


DÇ-2014-ün pley-off mərhələsi, cavab oyunu

Uruqvay – İordaniya 0:0
(ilk oyun – 5:0) 
 

Beləliklə, püşkatması dekabrın 6-da atılacaq final mərhələsinin bütün iştirakçılarının siyahısı müəyyənləşib.


Avropa: İspaniya, İtaliya, Almaniya, İngiltərə, Hollandiya, Belçika, Rusiya, İsveçrə, Bosniya və Hersoqovina, Portuqaliya, Fransa, Xorvatiya, Yunanıstan; 

Asiya: Cənubi Koreya, Yaponiya, Avstraliya, İran;

Cənubi Amerika: Braziliya, Argentina, Çili, Kolumbiya, Ekvador, Uruqvay;

Şimali Amerika: ABŞ, Kosta-Rika, Honduras, Meksika;

Afrika: Fil Dişi Sahili, Kamerun, Nigeriya, Qana, Əlcəzair. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR