Bank Of Baku

Hamit Altıntopun ayağı qırılıb

Hamit Altıntopun ayağı qırılıb
# 04 mart 2016 14:46 (UTC +04:00)

Bakı – APA. “Qalatasaray”ın təcrübəli futbolçusu Hamit Altıntopun başının üstünü “qara buludlar” alıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, zədəsini yenicə sağaldan 34 yaşlı yarımmüdafiəçi hazırlıq zamanı ayağından zərbə alıb. Nəticədə ayağı qırılan Hamit məşqi yarımçıq dayandırmaq məcburiyyətində qalıb.

 

Tibbi müayinənin nəticəsində Altıntopun ayağının qırıldığı təsdiqlənib. Futbolçunun yaşıl meydanlardan nə qədər uzaq qalacağı hələ müəyyənləşməyib.

 

Qeyd edək ki, karyerası ərzsində “Şalke”, “Bavariya” və “Real” (Madrid) klublarının da formasını geyinmiş Hamit Altıntop 2012-ci ildən “Qalatasaray”ın oyunçusudu. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR