Bank Of Baku

İsrail – Azərbaycan oyununun hakimi müəyyənləşib

İsrail – Azərbaycan oyununun hakimi müəyyənləşib
# 02 sentyabr 2013 10:45 (UTC +04:00)

Bakı – APA. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək İsrail – Azərbaycan matçının baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ramat-Qan şəhərində baş tutacaq görüşü isveçli hakimlər briqadası idarə edəcək. Görüşün referisi Stefan Yohannesson olacaq.


Stokholmda anadan olan 42 yaşlı referi 2003-cü ildə beynəlxalq dərəcəli hakimdir. Nəqliyyat sahəsində çalışır. Avropa Liqası, hətta Çempionlar Liqasının qrup oyunlarına təyinat alan isveçli vaxtilə UEFA-nın elit kateqoriyasına daxil olub. Lakin sonradan onun kateqoriyası aşağı salınıb. Hazırda Yohanesson 1-ci kateqoriyaya daxildir.

İndiyədək heç vaxt yığmalarımızın oyununa təyinat almayan isveçli 2009-cu il avqustun 5-də Çempionlar Liqasının III təsnifat mərhələsində “Bakı”nın Bolqarıstanda “Levski”yə uduzduğu matçda hakimlik edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR