Bank Of Baku

KİV: Mourinyo “Mançestr-Yunayted” ilə 3 illik müqavilə imzalayıb

KİV: Mourinyo “Mançestr-Yunayted” ilə 3 illik müqavilə imzalayıb
# 17 aprel 2016 11:22 (UTC +04:00)

Bakı-APA. Londonun “Çelsi” klubunun sabiq baş məşqçisi Joze Mourinyo digər İngiltərə klubu “Mançestr Yunayted” ilə 3 illik müqavilə imzalayıb.

 

APA-nın “Bild” nəşrinə istinadən verdiyi məlumata görə, J. Maurinyo  “Mançestr-Yunayted” klubunun baş məşqçisi postunda Lui Van Qalı əvəz edəcək.  

 

Lui Van Qalın 2014-cü ildən baş məşqçisi olduğu “Mançestr-Yunayted” 33 turdan sonra İngiltərə çempionatında 56 xalla 5-ci yeri tutur. Komanda artıq Çempionlar Liqası və Avropa Liqasında çıxışını dayandırıb.

 

Xatırladaq ki, J. Mourinyo keçən ilin dekabrında “Çelsi” klubundan istefaya göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR