Bank Of Baku

Lionel Messi karyerasında 500-cü qolunu vurub

Lionel Messi karyerasında 500-cü qolunu vurub
# 04 fevral 2016 00:41 (UTC +04:00)

Bakı-APA. İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi karyerasında 500-cü qolunu vurub.

 

APA-nın məlumatına görə, bu, İspaniya Kuboku çərçivəsində “Valensiya” ilə matçda baş verib.

 

“Kamp Nou” stadionunda keçirilən ilk yarımfinal qarşılaşmasında “Barselona” rəqibini 7:0 hesabı ilə darmadağın edib. Lionel Messi oyunda “xet-trik”-ə imza ataraq karyerasında vurulan qolların sayını 501-ə çatdırıb.

 

Qeyd edək ki, Messi “Barselona”nın heyətində 436, Argentina millisinin heyətində isə 65 qol vurub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR