Bank Of Baku

Luka Modriçin qohumu öldürülüb

Luka Modriçin qohumu öldürülüb
# 15 aprel 2016 08:07 (UTC +04:00)

Bakı - APA. Xorvatiya millisinin və Madrid “Real”ının futbolçusu Luka Modriç faciə ilə üzləşib.

 

Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçinin qaçırılan əmisi qızı qətlə yetirilib.

 

Salvadorda yaşayan 40 yaşlı Susanna Modriçin cəsədi avtomobilin yük yerindən tapılıb. Mərhumun 2 övladı qalıb. Polis hadisə ilə bağlı araşdırma aparır.

 

Üzləşdiyi faciə Modriçin futbol həyatına təsir etməyib. O, Çempionlar Liqasının 1/4 final mərhələsində “Volfsburq”la cavab oyununa çıxıb və komandası 3:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR